EN

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 59 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-iyul aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 59 milyon 282 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 0,6% çoxdur. Ötən ilin yanvar-iyul aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 58 milyon 920 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 468 min manat və ya 45,3% azalaraq 1 milyon 772 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Chosen
144
banco.az

1Sources