EN

“Maddi cəhətdən xeyli qazanacam” – Kumanı qəzəbləndirən futbolçu

“Əl-İttihad”ın yeni futbolçusu Stiven Berqveyn niyə Səudiyyə Ərəbistanına keçməyə qərar verdiyi sualını cavablandırıb.Komanda.az “The Telegraf”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu, maddi baxımdan xeyli qazanacağını bildirib:“Təbii ki, maddi cəhətdən xeyli qazanacam, yalan danışmayacam. Amma idman nöqteyi-nəzərindən baxsaq, bu da maraqlıdır ki, Kərim Benzema, Nqolo Kante və Fabinyo ilə birgə oynayacam”.26 yaşlı yarımmüdafiəçi yayda “Ayaks”dan “Əl-İttihad”a keçib. Onun transferi Səudiyyə Ərəbistanı klubuna 21 milyon avroya başa gəlib. Berqveynin yeni klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.Niderland millisinin baş məşqçisi Ronald Kuman Səudiyyə Ərəbistanı klubuna keçdiyi üçün Berqveyni yığmaya dəvət etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
komanda.az

1Sources