Böyük Britaniyada hökumətin həbsxanalardakı ciddi doluluq nisbətinə görə Baltikyanı ölkə Estoniyada həbsxana icarəyə götürə biləcəyi iddia edilib.Elchi.az xəbər verir ki, Daily Telegraph qəzetində yer alan xəbərdə Estoniyanın cinayət nisbətlərinin aşağı olması səbəbindən həbsxanalarındakı ehtiyat tutumu başqa ölkələrə icarəyə verməyi təklif etdiyini açıqladıqdan sonra İngiltərə Ədliyyə Nazirliyinin bu variantı nəzərdən keçirdiyi bildirilib.Xəbərdə İngiltərə və Uelsdə məhkum olunmuş cinayətkarların həbsxanaların yarısının boş olduğu Estoniyaya göndərilə biləcəyi, İngiltərənin bu ölkəyə 25 milyon lirəlik dəstək verə biləcəyi qeyd edilib.Teleqrafın hesabatında hökumət mənbələrinə istinadən həbsxanalardakı ciddi doluluq nisbəti səbəbiylə “mübahisəli həll masadadır” dedilər.Estoniyanın ədliyyə naziri Liisa Pakosta da Telegraph-a deyib: “Böyük Britaniya və Estoniyanın uğurlu beynəlxalq əməkdaşlıq tarixi var və belə tərəfdaşlıq bir-birindən faydalanmaq və öyrənmək üçün daha çox imkanlar yaradacaq”.Britaniyanın daxili işlər nazirinin müavini Angela Eagle Sky News-da verdiyi açıqlamada hökumətin Estoniyada britaniyalı məhbuslar üçün həbsxana icarəyə götürməyi düşünüb-düşünmədiyini soruşduqda şərh verməkdən imtina edərək, “Bu məsələ mənim birbaşa məsuliyyətim deyil” deyib.“Əminəm ki, həmkarlarım həbsxanalarda, həbsxana xidmətlərində və ümumiyyətlə əvvəlki hökumətin cinayət ədliyyə sistemində qaldığımız böhranla mübarizə aparmaq üçün hər hansı bir addım atmağı düşünürlər” Eagle deyib.İngiltərə və Uelsdə 1991-ci ildə təxminən 40 min olan həbsxanadakı məhbusların sayı son dörd həftədə mindən çox artaraq 88 mini keçib. Ötən ay İngiltərə və Uelsdəki kişi həbsxanalarında cəmi 83 vakant yer qalıb.Şayəstə Hüseynova