EN

Bakı Fond Birjası 7 aylıq əməliyyatların həcmini açıqladı - 2,3 DƏFƏ ARTIB

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-avqust ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 29 milyard 575 milyon 296 min manat təşkil edib. 

FED.az bu barədə Bakı Fond Birjasının statistikasında bildirilir.

Qeyd edək ki, Bakı Fond Birjasında 2023-cü ilin yanvar-avqust ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 12 milyard 929 milyon 432 min manat təşkil etmişdi. Beləliklə,Bakı Fond Birjasında əməliyyatların həcmi 2024-cü ilin yanvar-avqust ayları ərzində 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-avqust ayları ərzində korporativ qiymətli kağızaların ticarət həcmində 52%, dövlət qiymətli kağızların ilkin bazardakı ticarət həcmində isə 28%, repo əməliyyatları üzrə 241% artım olmuşdur.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 1897% artım qeydə alınıb.

2024-cü ilin Avqust ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 265 milyon 724 min manat təşkil edib.

 

BakıBakı
Chosen
60
2
fed.az

3Sources