"Abşeron" komandası heyətinə daha bir voleybolçu cəlb edib.Manset.az xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı fransalı oyunçu Şerilim Başorunun transferini rəsmiləşdirib. 31 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. Voleybolçu son olaraq İspaniyanın "Kiele Sokuellamos" komandasının formasını geyinib.
Qeyd edək ki, "Abşeron" daha əvvəl Katerina Jitkova, Nikalina Başnakova və Anastasiya Mertsalovanı transfer edib.