"Kəpəz" 5-ci turda məşqçi dəyişikliyinə getdi.
Baş məşqçi postundan ayrılan Adil Şükürovu Azər Bağırov əvəzlədi.
Əslində indiki "Kəpəz"in gələcəyi çox qorxulu görsənir.
Ardıcıl məğlubiyyətlər alan kollektivdə işıq ucu görünmür.
Yeni transferlər özünü yaxşı tərəfdən göstərə bilmir.
Yerlilərin səviyyəsi çox aşağıdır.
Qısası, problemlər çox, zaman isə azdır.
Rəqiblər xal ehtiyatını hər keçən gün artırır.
Artıq indidən əksəriyyət "Kəpəz"i mövsümü sonuncu pillədə bitirəcək komanda gözündə görür.
Belə məqamda bu klubun başına keçmək riskli olduğu qədər, həm də cəsarət tələb edirdi.
İstedadlı mütəxəssis Azər Bağırov riski göz önünə aldı, özündə cəsarət tapdı.
Qalır növbəti dəfə qəhrəmanlıq etməsi.
Arxada qalan 5 turda gördüyümüz çarəsiz "Kəpəz"i düşdüyü çuxurdan çıxarmağı bacaracaqsa, başqa nə ad deməliyik?
XANOĞLAN İMANOV