"Ermənistan xarici işlər nazirinin müavini parlamentdə bildirib ki, onlar Ermənistan ərazisindən keçən yolların təhlükəsizliyini özəl təşkilata təhvil vermək imkanını nəzərdən keçirirlər. Bu o deməkdir ki, Ermənistan dövləti öz ərazisində təhlükəsizliyi təmin edə bilmədiyini rəsmən etiraf edir və bu məsuliyyəti təhlükəsizlik orqanlarından daha etibarlı olan özəl təşkilata həvalə edir".
Publika.az xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, bu, Ermənistanın suverenliyinin azalmasıdır.