Göyçayda zəhərlənmə şübhəsi ilə bir ailə xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, ilkin məlumata görə, rayonun Xəlitli kəndində yaşayan bir ailənin 4 üzvü zəhərləndiklərini güman edərək Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Vətəndaşlara ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir.
Onların hansı qida və məhsuldan zəhərləndikləri araşdırılır.