Almaniya Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların bərpasını dəstəkləməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “NewsGeorgia” məlumat yayıb.
Sentyabrın 4-6-da Tbilisidə rəsmi səfərdə olan Bundestaqın (Almaniya parlamenti) nümayəndə heyəti bildirib ki, Gürcüstan hakimiyyəti “regionlarda seçkiqabağı hadisələrə” görə onların ölkə rəhbərliyi ilə görüşlərini rədd edib.
Hakim partiyanın onlarla görüşən yeganə nümayəndəsi parlamentin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Samxaradze olub.
Alman parlamentarilər bildiriblər ki, mövcud hökumət siyasəti ilə Gürcüstanın Aİ-yə üzv olmaq imkanı yoxdur. Və əgər Gürcüstan hökuməti əvvəlki siyasətini davam etdirsə, Bundestaq Gürcüstanla Aİ-yə üzvlüklə bağlı danışıqların başlanmasını dəstəkləməyəcək.
Xuraman Etibarlı
İnterpress.az
- Parlament
- Gürcüstan
- Müzakirə
- Görüş
- Almaniya
- Danışıqlar
- Hakimiyyət
- Dəstək
- Partiya
- Tbilisi
- Danışıq
- Nümayəndə Heyət
- Rədd
- Bundestaq
- Sentyabr
- Dəstəkləmə
- Bundestag
- Dəstəkləmək
- Seçkiqabağı
- Bağlı
- Destek
- Daxil Olma
- Avropa İttifaqı
- Ai̇
- Seçkiqabaq
- Dəstəkləməmək
- Newsgeorgia
- Seçkiqabağı Hadisələr
- Bağlı Danışıq
- Regionlarda Seçkiqabağı Hadisələr
- Örkə Rəhbərliyi