EN

“Elə bombardirlik mənə lazım deyil” – Komandasının “vuran ayağı”

“Sabah”ın hücumçusu Pavol Şafranko bombardirlik iddiasında deyil.

Slovakiyalı forvard bu barədə Sportinfo.az-a verdiyi açıqlamada deyib.

Pavolun məqsədi komandası ilə uğur qazanmaqdır. O, kollektiv uğuru fərdi göstəricidən üstün tutduğunu gizlətməyib:

“Bombardirlik mənim üçün ciddi əhəmiyyət daşımır. Önəmli olan “Sabah”la qələbələri sıralamaq, mövsümün yekununda layiq olduğumuz yerlərdən birini tutmaqdır.

“Kəpəz”lə oyunda gördünüz, mərkəz müdafiəçiləri top qəbul etməyimə imkan vermədilər. Əvəzində, komanda yoldaşlarımın yolu açıldı, onlar qolları vurdular.

Kimin fərqlənməsinin önəmi yoxdur. Mən, Cessi, yaxud Coy – fərq etmir. Mən bombardir olacağım halda, komandam uğur qazanmayacaqsa, elə bombardirlik mənə lazım deyil.

“Sabah” titul qazanmayandan sonra kiminsə ən məhsuldar futbolçu adını qazanması heç nəyə yaramır”.

29 yaşlı hücumçu cari mövsümdə Konfrans Liqasında və Premyer Liqada meydana çıxdığı 9 oyunda 3 qolla yadda qalıb.

HƏBİB

Chosen
165
sportinfo.az

1Sources