EN

"İsrail Fələstinlə həmrəy olan insanları da hədəfə alır" -Fələstin XİN

Fələstin Xarici İşlər Nazirliyi, ABŞ vətəndaşlığı da olan türk fəal Ayşənur Ezgi Eyginin işğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən öldürülməsinin İsrail siyasətçilərinin göstərişlərinin nəticəsi olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada İsrailin Fələstinlə həmrəy olan insanları da hədəfə aldığı bildirilib:

“Bu cinayət işğalçı İsrailin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən soyqırım və köçkünlük cinayətlərinin tərkib hissəsidir. İşğal dövləti xalqımızın haqq işi və hüquqları ilə həmrəy olan insanları hədəfə alır".

Seymur BƏNNAYEV 

Chosen
156
redaktor.az

1Sources