1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Müğənni Mr. Credonun Qazaxıstan təşkilatçılarını aldatdığı məbləğ məlum olub. Onun barəsində polisə şikayət edilib.
Oxu.Az bu barədə "Shot" "Telegram" kanalına istinadən məlumat verir.
"Çudnaya dolina" və "Medlyak" hitlərinin ifaçısı, 51 yaşlı Aleksandr Maxonin Qazaxıstanda keçirilən retro festivalın təşkilatçılarından 5.4 milyon rubl (təxminən 100 min manat) alıb, lakin gəlməyib. Qazaxıstanın "Suarg Astana" şirkəti ona qarşı məhkəməyə müraciət edib, indi işə polis də qoşulub.
Təşkilatçılar əvvəlcədən artistə 14 iyul tarixində çıxışı üçün pul ödəyiblər və onun müqavilədəki çoxsaylı istəyini yerinə yetiriblər. Lakin festival günü musiqiçi tədbirdə görünməyib. Üstəlik, o, hətta Qazaxıstana da gəlməyib.
Məlum olub ki, Mr. Credo borclarına görə Moskvadan uça bilməyib. Onu Minsk vasitəsilə göndərməyə çalışıblar, lakin burada da problem yaranıb: musiqiçi nədənsə xarici pasportunun vaxtının bitdiyini unudub.