EN

Salyanda ağır qəza baş verib, ölən və yaralılar var

Salyan rayonunda ağır yol qəzası baş verib.

Unikal" report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində Neftçala rayon sakinləri - Həşimzadə Kamran Əlihüseyn oğlu, Əliyeva Dilbər Habil qızı, Həşimzadə Mədinə Azər qızı, Əliyev Azər Atakişi oğlu, Həşimzadə Əli kamran oğlu, Həşimzadə Əlihüseyn Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
46
unikal.az

10Sources