EN

Belarus dövlət nömrə nişanlı avtomobillərin bu ölkəyə girişi qadağan edilir

Latviya Seymi Belarus dövlət nömrə nişanlı avtomobillərin ölkədə olmasını qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

"Unikal" xarci mediaya istinadən xəbər verir ki, təşəbbüsə təxirəsalınmazlıq verilib, ona görə də ona üç yox, iki oxunuşda baxılacaq.

Qanun qəbul olunarsa, Belarusda qeydiyyatda olan avtomobillər oktyabrın 31-dək yenidən qeydiyyata alınmalı və ya Latviyadan çıxarılmalı, əks halda avtomobil müsadirə oluna bilər. Noyabr ayından etibarən Belarus dövlət nömrə nişanlı avtomobillər sürücünün əvvəlcədən müvafiq onlayn ərizə təqdim etməsi şərti ilə tranzit məqsədilə ölkəyə bir dəfə daxil ola biləcək.

Qadağa Latviyadakı qohumlarını ziyarət etməyə gələn məhdud hərəkətli sürücülərə, həmçinin “təhlükəsizliklə bağlı xüsusi hallara” təsir etməyəcək.

2024-cü il iyulun ortalarında Latviya hakimiyyəti Belarusda qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub. İstisna yalnız səfirlik və konsulluq əməkdaşlarının, habelə nümayəndə heyətlərinin üzvlərinin istifadə etdiyi avtomobillər üçün edilib.

Chosen
135
50
unikal.az

10Sources