Mərkəzi Osmanqazi rayonunun Hocaalizadə Məhəlləsi Eceler küçəsində yerləşən çuxur qəzalara səbəb olub.
News24.az xəbər verir ki, küçədən keçən vətəndaşlar dəliyi görməyib yıxılaraq xəsarət alırlar.
Hər gün xeyli sayda yaşlı və qadının yerə yıxılaraq xəsarət alması bərbərxananın təhlükəsizlik kamerasına düşüb.
Məhəllə sakinləri bu vəziyyətin düzəldilməli olduğunu və daha acınacaqlı qəzaların baş verə biləcəyini bildiriblər.
Məhəllə dükançısı Dursun Coşqun, "Bu küçədən keçən insanlar xüsusilə yaşlılar bunu görmür və yıxılır. Səlahiyyətlilərdən bir çarə gözləyirik. Uşaq arabası ilə keçəndə qəza ehtimalı daha da yüksək olur”.
Biznesmen Ümit Acet, "Bu yaxınlarda bir nəfər ayağı büdrəyərək başını yarıb. Telefonla oynayan insanlar ilişib yıxılır. Biznesmen olaraq səlahiyyətlilərdən bu çuxurun düzəldilməsini istəyirik" deyib.
Məryəm İlhamqızı