EN

Həbsxana üzərində partlayıcı maddə olan dron aşkarlanıb

Ekvadorun hüquq-mühafizə orqanları Quayakil şəhərində xüsusi rejimli həbsxananın üzərində partlayıcı maddələr olan dron aşkarlayıb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələri xəbər yayıb.

“Təhlükəsizlik bölməsinin hərəkətləri La-Roka kimi tanınan 3 saylı İstintaq Təcridxanasında terror aktının qarşısını alıb”, - məlumatda bildirilir. Hərbçilərin sözlərinə görə, hücum edənlər həbsxananı yararsız hala salmaq istəyiblər.

“El Universo” qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanları həbsxananın damında pilotsuz uçuş aparatın idarə olunan partlamasını həyata keçirib.

Chosen
54
3
avtosfer.az

4Sources