2020-ci ilin noyabrından indiyədək 377 nəfər mülki şəxs mina qurbanı olub.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında deyilir.
"Onlardan 69 nəfər həyatını itirib, 308 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə bildirilib.