EN

Ukraynadakı münaqişəyə payızda son qoymaq olar..?

…Ukrayna prezidenti Vladimir Zelenskinin 2024-cü ilin payızında Ukraynadakı münaqişəyə son qoymaq ideyası Rusiyanın şərtlərinə əməl olunarsa real ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Lenta.ru-ya müsahibəsində Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

Almaniyada Ramşteyn formatında keçirilən görüşdə Zelenski bu payızda Ukraynadakı münaqişəyə son qoymaq təklifi ilə Qərb tərəfdaşlarına müraciət edib.

Rusiyalı senator xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın Kiyevlə sülh danışıqlarına başlamağa hazır olduğu bütün şərtləri açıq şəkildə qeyd edib.

…Əgər prezident Zelenski bu şərtlərlə danışıqlara hazırdırsa, bu, olduqca realdır. Gözləyək və görək, bu barədə ehtiyatlı nikbin qalacağıq..

Karasin Zelenskinin bəyanatını şərh edib.

Qeyd edək ki, bundan əvvəl “5-tv.ru” Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Kiyev rejiminin Rusiya ilə münasibətləri saxlayan üçüncü ölkələrə qarşı həyasız münasibəti ilə bağlı sözlərini yayıb.

Əli Babayev

Chosen
105
sia.az

1Sources