Ermənistan Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsini beynəlxalq özəl şirkətə verilməsinin istisna edilmədiyini gündəmə gətirib.
Özəl şirkətin missiyası Naxçıvana maneəsiz keçidin “Azərbaycandan Azərbaycana prinsipi” üzrə açılacağı təqdirdə, Azərbaycandan gedən sərnişinlər və daşınan yükləri müşahiyət etmək ola bilər. Kommunikasiyanın açılmasında Ermənistanın “suverenlik tələbini” dəstəkləyən Qərb anlayır ki, Azərbyacanın maneəsiz keçid istəyi nəzərə alınmasa, bölgədəki planlarının icrası mümkün olmayacaq. Bu baxımdan:
- Kommunikasiyanın İrəvan və Bakının razılaşacağı variantla açılmasına nail olmağa çalışır;
- Azərbaycanın Naxçıvana çıxışı üçün “yaşıl dəhliz” yaradır, üçüncü tərəflər isə bu yoldan Ermənistanın yoxlaması ilə istifadə edir;
- Təhlükəsizliyin özəl şirkətə həvalə edilməsi Ermənistanın “suverenlik prinsipi”nin qorunduğu, bu ölkə ərazisində üçüncü ölkənin qüvvələrinin iştirak etmədiyi görüntüsünü yaratmaq məqsədi daşıyır;