EN

Yeni baş nazirin ilk təyinatı

Fransanın Baş naziri Mişel Barnye vəzifə səlahiyyətlərinə başlayan kimi ilk təyinatını edib.

 

Modern.az xəbər verir ki, Fransa Respublikasının rəsmi jurnalında dərc olunmuş təyinata görə, Nolven Şuffot Baş nazir yanında xüsusi tapşırıqlar üzrə nümayəndə təyin edilib.

 

N.Şuffot əvvəllər Eduard Filip, sonra Jan Kasteks və Elizavet Born dövründə olduğu kimi, Qabrial Attal zamanında da Matinyonda bu missiyanı yerinə yetirib. O, artıq Fransua Ollandın, Manuel Vals, sonra Bernard Kaznevin prezidentliyi dövründə bu cür vəzifələrdə çalışıb. AGF-nin sabiq müşaviri, daha sonra bölmə polis komandiri olan Nolven Şuffot 2009-2015-ci illərdə Daxili İşlər Nazirliyində milli polisin baş direktorunun kabinetində həssas məlumatların idarə edilməsinə görə məsul vəzifədə çalışıb.

 

Xatırladaq ki, Mişel Barnye sentyabrın 5-də Prezident Emmanuel Makron tərəfindən Baş nazir vəzifəsinə təyin edilib və uzun sürən məsləhətləşmələr və danışıqlar prosesindən sonra ona yeni hökuməti formalaşdırmaq tapşırılıb.

Chosen
98
6
modern.az

7Sources