"Barselona"nın gənc hücumçusu Lamin Yamal uşaqlıq illəri ilə bağlı maraqlı açıqlama verib.
Ölkə.az qafqazinfo-ya istinadən xəbər verir ki, 17 yaşlı hücumçu atasının onu itlərlə futbol oynamağa məcbur etdiyini deyib.
"Atam itlərin dişləmədiklərini deyərək məni itlərlə qaçmağa məcbur edirdi. Ona görə də onlarla tez-tez futbol oynayırdım. İtlə futbol oynamaq ən çətin işdir".
Xatırladaq ki, "Barselona"nın yetirməsi olan Lamin Yamal ötən il İspaniya millisində debüt edib. Yamal bu il yığma ilə Avropa çempionu olub.