EN

Blinken Ukraynanın yeni XİN rəhbəri ilə telefonla danışıb

ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Onlar diplomatik səviyyədə gələcək ikitərəfli əlaqələri müzakirə ediblər və dövlət katibi ABŞ-ın BMT Baş Assambleyasının açılış həftəsi üçün Ukrayna tərəfindən planlaşdırılan tədbirlərə dəstəyini bir daha təsdiqləyib”, - deyə yazılı açıqlamada deyilir.

Blinken həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevə hərbi, iqtisadi və humanitar sahələrdə, eləcə də Ukrayna iqtisadiyyatının bərpasında yardımı davam etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
93
34
apa.az

10Sources