Hollivud ulduzları yenidən eyni filmdə rol alacaqlar
Hollivud ulduzları Bred Pitt ilə Corc Kluni yenidən eyni filmdə rol alacaqlar. Məhşur aktyorlar bu dəfə də "Yaxın dostlar" kimi birgə çəkildikləri, tanınmış rejissor Stiven Soderberqin 2001-ci ildə ekranlaşdırdığı "Ouşenin dostları" filminin davamı olacaq ekran əsərinə dəvət alıblar. Yeni lentə alınacaq bədii film şərti olaraq "Okeanın dostları" adlanacaq.
Reyting.az xəbər verir ki, Bred Pitt və Corc Kluni ilə yanaşı bir çox tanınmış aktyorlar da komanda şəklində bu filmə çəkiləcəklər.
Ancaq Hollivud mənbələri bildirir ki, bu dəfə filmin rejissoru dəyişəcək.
"Deadline" nəşri yazır ki, "Okeanın dostları" filmi üzərində işlərdə irəliləyiş var:
"Bu yeni layihədə ən azı daha bir təsəlli verə bilən fakt var ki, bu da ilk filmdə iştirak edən aktyorların bəzilərinin öz rollarına qayıtmasıdır, amma layihədə yeni rejissor olacaq.
Filmin davamı orijinaldakı kimi "Okeanın dostları" adlandırıla bilər. Lakin bu, hələ də erkən inkişaf mərhələsindədir və konkret heç nə söyləmək mümkün deyil. Corc Kluni ilə Bred Pitt yenidən maraqlı obrazlarında görünəcəklər və onların hər ikisi əvvəl də olduğu kimi, Denni Ouşenlə (Corc Kluni), eləcə də Rasti Rayanı (Bred Pitt) oynayacaqlar. Yeni çəkiləcək filmdə dəstədə görünən başqa tanış obrazların yer alıb-almayacağı hələlik məlum deyil”.
"Deadline"-nin yazdığına görə, indiyə qədər məlum olmayan səbəblərdən filmi rejissor Stiven Soderberq yox, "Oskar"-çı rejissor, həm də "Qərb cəbhəsində yenilik yoxdur" adlı ekran əsərinin müəllifi kimi tanınan Edvard Berqer idarə edə bilər.
Əslində bu yeni film-layihə ilə bağlı əvvəlki xəbərlər ötən ilin dekabr ayında ortaya çıxıb. Az sonra isə Corc Kluni həqiqətən də hazır ssenarinin olduğunu, ancaq yeni filmin trilogiyadan bir qədər fərqli olacağını söyləyib. Ulduz aktyor deyib ki, yeni ekrana çıxacaq, "Okeanın 14 dostu" kimi davam edəcək bu film 1979-cu ildə lentə alınmış "Gözəlcə getmək" komediyasına da azca bənzəyəcək. “Çünki o filmdə də oxşar bir süjet xətti var. Həmin filmdə quldurluq edən üç qocadan bəhs edilib",- deyə Kluni vurğulayıb.
Yeni filmin nümayiş tarixi, eləcə də digər detallar barədə hələ ki, heç bir məlumat verilmir.
Oqtay QORÇU