Pentaqon 2022-ci ildən istehsal proseslərinə əlavə olaraq 5.3 milyard
dollar xərcləyərək Ukraynaya hərbi yardımın təmin edilməsi fonunda mərmi
istehsalını genişləndirib. Bu barədə qurumun saytında məlumat verilib.
Məlumata görə, ABŞ bu məbləği yerli sursat və ya onların komponentlərinin daxili istehsalının artırılmasına investisiya kimi qoyub. Eyni zamanda, 2022-ci ildə ölkə ayda 14,4 min 155 millimetr kalibrli mərmi, beş Himars sistemləri, 21 Patriot raket sistemi istehsal edib. Hazırda, onların miqdarı müvafiq olaraq aylıq 40 min, səkkiz və 42-ə qədər artıb.
Tural