Bakı. Trend:
Bu gün Paris-2024-də paraatletlərimiz final mərhələsində çıxışedəcəklər.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Lamiyə Vəliyeva və Orxan Aslanov medaluğrunda yarışacaq.
Lamiyə T13 kateqoriyasında 400 m məsafəyə qaçışda növbəti qızılmedalı qazanmaq arzusundadır. O, bu növdə təsnifat mərhələsində56,51 saniyəlik nəticə ilə 2-ci olub. Final ötüşməsi Bakı vaxtı iləsaat 12:21-də başlayacaq.
Aslanov isə T13 kateqoriyasında uzunluğa tullanma növündə gücünüsınayacağ. Orxan çıxışına saat 12:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan idmançılarından İmaməddin Xəlilov(taekvondo), Lamiyə Vəliyeva, Səid Nəcəfzadə (atletika) qızıl,Roman Saley (üzgüçülük) gümüş və bürünc, Sabir Zeynalov(taekvondo), Vəli İsrafilov (üzgüçülük) isə bürünc medalqazanıb.