Müğənni Selena Qomes rəsmən milyarderi oldu. Onun sərvəti 1,3 milyard dollar olaraq qiymətləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
32 yaşlı müğənninin kosmetika brendi olan "Rare Beauty Brands Inc." şirkətinin gəlirləri fantastik dərəcədə artıb. Qomes milyarder statusunu öz biznesi və sosial şəbəkələrdə yüz milyonlarla izləyicisinin sayəsində əldə edib.
Bu ilin aprelində milyarderlər siyahısına Qomesin dostu, müğənni Teylor Svift də daxil olub. 34 yaşlı ulduz "Eras Tour", daşınmaz əmlak və mahnılarından 1,1 milyard dollar gəlir əldə edib.
Müəllif: Teleqraf.com