EN

Şəkidə təmir olunan maşın yanaraq kül oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəki şəhərinin Zərifə Əliyeva küçəsində fəaliyyət göstərən ümumi sahəsi 600 kv.m olan və 10-a yaxın avtomobil təmiri sexindən ibarət obyektdə yanğın baş verib.

Bizim.Media-nın xəbərinə görə, hadisə şahidlərinin sözləri və yanğın yerinin ilkin təhqiqatından sonra bəlli olub ki, rayon sakini Rafiq Həsənov özünə məxsus avtomobili təmir üçün sexdəki ustalardan birinə təhvil verib.

Usta təmir işləri apararkən köməkçisinə avtomobilin yanacaq çənindən benzin çıxarmasını tapşırıb. Hadisə də elə bu anlarda baş verib. Alovlanma baş verən andan yaxınlıqdakı digər sexin işçiləri tədbir görməyə başlayıblar. Həmçinin hadisə yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğın söndürənlərin səyi nəticəsində yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı alınıb. Lakin təmir edilən avtomobilin konstruksiyaları yanıb. Hadisə zamanı tüstüdən boğulma və xəsarət alan olmayıb. Yanğının daha dəqiq başvermə səbəbləri araşdırılır.
Chosen
153
50
oxu.az

10Sources