EN

Roza oğullarından imtina etdi - Video

Müğənni Roza Zərgərli övladlığa götürdüyü Corc və Jerar Qafarovla bağlı paylaşım edib. 

Hurriyyet.az xəbər verir ki, o, sosial şəbəkə hesabında videoaçıqlama yayımlayaraq  deyib ki, bundan sonra o, adının Corcun və Jerarın adı ilə yanaşı yazılmasını istəmir: 

"Zamanında himayəmə götürdüyüm övladlarımla bağlı çox məqalələr və xəbərlər yazılıb. Orada qeyd edilirdi ki, Roza Zərgərlinin oğlu və s. Mən səhv iş görməmişəm. Əmək, maliyyə, sevgi və ən bahalı zaman xərcləmişəm. Bu gün sosial mediada Corcun Azdramadan uzaqlaşması haqqında xəbərlər dərc olunub. Corcda məsələ ilə bağlı mediaya açıqlama verib. Biz onsuz da Corcun həmin teatrdan uzaqlaşmasını bilirdik. Corc Rusiyada çalışanda bu hadisə baş vermişdi. Yenə də media Corcun fikirlərini yazır. Sonda isə "Qeyd edək ki" bölümündə yazılır ki, "Qeyd edək ki, Corc Roza Zərgərlinin oğludur". Buradan sizə deyirəm və sizdən rica edirəm ki, artıq himayəmə götürdüyüm oğullarımın yanında mənim adımı yazmayın".  

Chosen
127
14
hurriyyet.az

10Sources