EN

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazidə zəlzələ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstanın cənubundakı Kvemo-Kartli bölgəsinin Dmanisi şəhərində 4.1 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri Tbilisidən 49 kilometr aralıda yerləşib.
Yeraltı təkan 7 kilometr dərinlikdə olub. Xəsarət alanlar və dağıntı barədə məlumat verilmir.
Məlumat üçün əlavə edək ki, Dmanisi Azərbaycanlıların kompakt yaşadığı rayondur.
Chosen
140
39
oxu.az

10Sources