"Vasif Talıbovun zamanında Naxçıvan MR Təhsil Nazirliyində ən geniş yayılmış korrupsiya faktlarından biri müəllimlərə xəyali dərslər yazılması idi". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə çıxış edən tanınmış jurnalist Heydər Oğuz olduqca ilginc faktları da təqdim edib.Jurnalist daha sonra əlavə edib: "Müəllimlər xəyali dərslər üçün aldıqları məvacibləri direktorlara, direktorlar isə nazirə ötürürdülər. Beləcə, ötür-ötür yoluyla direktorlar və nazirlik yetkililəri qaz vurub qazan doldururdular. “Xan” (Vasif Talıbov -red.) həzrətləri getdi, “canişin” (Fuad Nəcəfli -red.) əfəndi gəldi. Və Muxtar Respublikanın bütün dövlət strukturlarında audit yoxlamaları başladı. Yoxlamalar nəticəsində “xan” həzrətlərinin xeyir-duası ilə yüzmilyonlarla dövlət vəsaitinin mənimsəndiyi ortaya çıxdı.Gözləmək olardı ki, yeni dövrdə “canişin” əfəndi “gözüçıxmış xan” qardaşının taleyindən ibrət dərsi alacaq və ötür-ötür korrupsiyasının qarşısı alınacaq. Təəssüf ki, əldə etdiyim məlumatlar “canişin” rejiminin də “xan” rejimindən fərqlənmədiyini göstərir.Şəkillərini təqdim etdiyim bu bank köçürmələri Naxçıvan şəhər 1 saylı orta məktəbinin fiziki tərbiyyə müəlliməsi Səriyyə Qəmbərovaya aiddir. Müəllimənin dediyinə görə, ona hər ay 90 manat əlavə pul yazılır, o da bu pulu bank köçürməsi yoluyla məktəb direktoruna göndərirmiş.