Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 70 kq-dan yuxarı çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Əlizadədən qızıl, İmranovdan gümüş medal
Cüdoçumuz Avropa çempionu olub
Azərbaycanın 3 cüdoçusu finala yüksəlib
Dünya turu üçün yeni loqo təqdim edildi
Qubada cüdo üzrə master-klass keçirilib