EN

“Ukrayna dronları 1800 kilometr uça bilir” - Budanov

Ən yaxşı ukraynalı mütəxəssislərin üzərində işlədiyi PUA sistemlər artıq 1800 km-ə qədər məsafədə işğalçı dövlətin hərbi hədəflərini vurmağa imkan verir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının başçısı Kirill Budanov “facebook”-da Hərbi Kəşfiyyat Gününə həsr olunmuş yazısında qeyd edib: "Ukraynanın dinc şəhərləri üçün daim təhlükə mənbəyi olan hərbi aerodromlar bizim hava hücumlarından titrəyir. Müharibə üçün işləyən Rusiyanın bütün infrastrukturu zərər çəkib və bundan sonar da itki verəcək. Çünki Rusiya özünü müdafiə etmək əvəzinə, yanlış yolu - səbəbsiz müharibəni və suveren bir dövlətin torpaqlarına hücum etməyi seçib”.

Budanov qeyd edib ki, bu il hərbi kəşfiyyatçıların uğurlu fəaliyyəti sayəsində Ukrayna Qara dənizin Rusiyaya aid olmadığını dünyaya sübut edib: “Biz düşməni öz donanmasını “təhlükəsiz” məsafəyə köçürməyə, çoxdan özlərininki hesab etdikləri dəniz sərhədlərini tərk etməyə məcbur etdik”.

“AzPolitika.info”

Chosen
181
1
azpolitika.info

2Sources