Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
QOL.az xəbər verir ki, T13 kateqoriyasında çıxış edən idmançı 400 metr məsafəyə qaçışda gümüş mükafatçı olub.
Braziliyalı Rayane Silva 1-ci olub. Lamiyə Vəliyeva 55.09 saniyəlik göstərici ilə ikinci olub.
Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.
Xatırladaq ki, bunadək həmçinin parataekvandoçu İmadəddin Xəlilov və paraatlet Səid Nəcəfzadə qızıl medal, parataekvondoçu Sabir Zeynalov və paraüzgüçümüz Raman Saley və Vəli İsrafilov isə bürünc medal qazanıb.