EN

Halil Atlı: “Məqsədimiz yenidən pley-off oynamaqdır”

“Gəncə” basketbol komandasının baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, gənc mütəxəssis hədəfləri barədə danışıb. Yeni transferlərin özlərini doğruldacağına inandığını bildirib, azarkeşlərə səslənib:

“Klubun hədəfləri məni cəlb etdi. Liqanı bir müddətdir ki, izləyirəm. “Gəncə” ilə də tanışam. Rəhbərliyin qarşısına qoyduğu tapşırıqlar məni həyacanlandırdı. Ona görə burada olmaq istədim. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, ölkənin ilk paytaxtı olub. Qədim, gözəl şəhərdir. Bura məni cəlb etdi. İnsanları olduqca qonaqpərvərdirlər. “Gəncə” Azərbaycan kubokunun qalibi, çempionatın gümüş mükafatçısı olub. Düzdü, ötən mövsum pley-offdan kənarda qalıb. Azarkeşləri yenidən qazanmaq istəyirik. Ona görə ilk məqsədimiz yenidən pley-off oynamaqdır. Kubokda da iddialıyıq, Gəncəni ən yaxşı şəkildə təmsil etmək istəyirik. Heyətdə köklü dəyişikliklər var. Komanda demək olar ki, yenilənib. Transfer çalışmalarımız davam edir. Bir çox oyunçunun keçidini həll etmişik. Yaxınlarda məlumatları media və azarkeşlərlə bölüşəcəyik. Səviyyəli, təcrübəli basketbolçuları komandaya dəvət etmişik. Onları detallı araşdırıb, qərar vermişik. Yenilər gözləntilərimizi doğrultmalıdırlar. İnşallah, yaxşı komanda quracağıq. ABŞ, Kanada və Türkiyədən legionerlərimiz olacaq. Transferlər arasında Azərbaycan milli komandasında oynayan basketbolçularımız da var. Bütün oyunçulara inamımız böyükdür. Yeni idman sarayında olmuşam. Olduqca möhtəşəmdir, Avropa səviyyəli idman qurğusudur. Rəqiblərimizi orada qəbul edib, azarkeşlərimizi qələbələrlə sevindirmək istəyirik. Bildiyim qədəri ilə tələbkar, çılğın azarkeş qruplarımız var. Onların da dəstəyi ilə istəyimizə çatacağıq. Fanklublardan tam dəstək gözləyirəm. Onların gücünü hiss etmək istəyirəm”.

Chosen
142
idmanxeber.az

1Sources