EN

Millimiz Lüksemburqa məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, F qrupunda yer alan millimiz 7-ci matçında Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Eş-syur Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra komandamız 3 xalla 6-cı pillədə qərarlaşıb. U-21 millimiz növbəti görüşünü sentyabrın 10-da, saat 19:00-da “Dalğa Arena”da Serbiya yığmasına qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
100
50
bizim.media

10Sources