EN

Deşam İtaliya yığmasına məğlubiyyətə aydınlıq gətirdi

Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasında İtaliya yığmasına məğlubiyyətə aydınlıq gətirib.

Arena.az xatırladır ki, “xoruzlar” yarışın A Liqasının 2-ci qrupunun 1-ci turu çərçivəsində “Park de Prens”də keçirilmiş oyunda hesabı açsalar da, sonra 1:3 hesablı məğlubiyyətə üzülüblər.

“Biz çox yaxşı başladıq, amma oyun boyu keyfiyyətli çıxış edə bilmədik. Səhvlər etdiyimiz üçün rəqib mübarizədə və əks-hücumlarda bizə ziyan vurdu.

Mən indi qəzəbliyəmmi? Mən həmişə futbolçulara nə düşündüyümü demişəm, nəticəyə görə isə məsuliyyət daşımışam. İkinci hissədə çoxlu təkbətək mübarizələrdə məğlub olduq. İtaliya komandası gücünü bərpa etməyi bacarıb. Rəqibi 90 dəqiqə təzyiq altında saxlamaq çox çətindir. Biz bunu edə bilmədik. Fransa komandası çox açıq idi, müdafiə olunmaq üçün isə kifayət qədər güc-qüvvəmiz yox idi”, – Deşam matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Qələbə sayəsində İtaliya yığması A Liqasının 2-ci qrupunda 3 xalla liderliyi ələ keçirib. Xalsız “xoruzlar” isə qrup sonuncusudurlar.
Xatırladaq ki, UEFA Millətlər Liqasının cari çempionu İspaniya yığmasıdır.

Chosen
136
arena.az

1Sources