EN

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan, Azərbaycan vətəndaşı olması ehtimal edilən şəxslərə, o cümlədən onların qardaş ölkə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülməkdədir.

"Operativ Media" xəbər verir ki, bu tədbirlər çərçivəsində sentyabrın 21-dən ölkəmizin İstanbuldakı baş konsulluğunun binasında 1990-cı illərdə Türkiyəyə mühacirət etmiş və o vaxtdan bəri orada qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarının qəbulu başlayacaq. Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum və nikah haqqında şəhadətnamə və s.) verilməsi, eləcə də digər konsulluq əməliyyatları həyata keçiriləcək. 

Qəbul Türkiyə ilə razılaşdırmaqla Azərbaycanın məsələ üzrə aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu tərəfindən sentyabrın 29-dək davam edəcək.

Chosen
192
2
operativmedia.az

3Sources