EN

Azərbaycan millisinin Bakıdakı oyununa fransalı hakimlər təyinat alıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kişilərdən ibarət 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Serbiya oyununa fransalı hakimlər təyinat alıblar.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Bastyen Deşepi idarə edəcək.
Ona Aleksis Oje və Parin Le Telye köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Floren Batta yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 10-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Chosen
163
14
oxu.az

10Sources