Sentyabrın 6-dan 7-nə keçən gecə 2026-cı il dünya çempionatının Cənubi Amerika seçmə turnirinin 7-ci turunun oyununda Uruqvay millisi Paraqvayla qarşılaşıb (0:0).
Publika.az xəbər verir ki, bu qarşılaşma Luis Suares üçün millidə sonuncu olub. 37 yaşlı hücumçu və ailəsi oyundan sonra emosiyalarını saxlaya bilməyib.
Hücumçu Uruqvay millisində 2007-ci ilin fevralında 20 yaşında debüt edib. Ümumilikdə, o, bütün yarışlarda millinin forması ilə 143 oyuna çıxıb, 69 qol vurub və 39 məhsuldar ötürmə edib.