EN

Mavi kostyumluların qara addımları… – Rüşvət, talan və kontrabasçı

Damazlıq heyvanların alışına görə 60%-lik güzəşt məbləği üzrə dövlət dəstəyi mexanizminin vahid reqlamenti müəyyənləşdirilməmiş və prosedurlar elektronlaşdırılmamış, dövlət dəstəyi predmeti olan damazlıq heyvanların alıcılarla satıcılar arasındakı hərəkəti elektron qaimə-fakturalar üzərindən izlənilməyib.AJMEDİA.İNFO xəbər verir ki, bu, Hesablama Palatasının damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair açıqladığı məlumatda yer alıb.Bildirilir ki, audit zamanı Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyətləri səmərəlilik və nəticəlilik baxımından qiymətləndirilib.Məlum olub ki, heyvan toxumunun istehsalına cavabdeh qurumun orta müddətli və illik fəaliyyət planları müəyyənləşdirilməyib.5,1 milyon manat güzəşt məbləğinin predmeti olan 4 456 baş damazlıq heyvanların alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilib.2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən 5 illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4% artıb. Ölkə əhalisinin sayının 200 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalıb. Ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7% azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3% artıb ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkəmizdə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir.//Yeniavaz.com

Chosen
174
anaxeber.info

1Sources