EN

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” adlı tədbir keçirildi

Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana filialında “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” adlı tədbir keçirildi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri A.Şaiq adına kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Şuşa şəhərinin 2024-cü il "İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması haqqında məlumat verdi. Qısa müddət ərzində şəhərin yenidən qurulması, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan işlərin hamını sevindirdiyini vurğuladı.
Tədbirdə Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti, politoloq Tofiq Əlizadə və üzvləri Xatirə Kərimova, Səmayə Baxşəliyeva, şair, yazar Məhərrəm Məhərrəmov və şair, publisist Nəzakət Əhmədova iştirak etdilər.
Çıxış edənlər Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin ölkəmiz üçün tarixi hadisə olduğunu, bu əlamətdar hadisənin islam aləminin Şuşa mədəniyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndirilməsindən danışdılar.
Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva çıxışında Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsini, Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlərin keçirildiyini, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini qeyd etdi.
Kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şövkət Zərin Horovlunun “Qarabağ Azərbaycandır!” şeirini və şair Məhərrəm Məhərrəmov yazdığı “Azərbaycan Ordusu” şeirini səsləndirdi.
Sonda Xatirə Kərimova sözləri Abdulla Şaiqə, musiqisi Şəfiqə Axundovaya aid “Zəfər bizimdir” mahnısını ifa etdi.
 

Chosen
67
sabahinfo.az

1Sources