"Boeing"in "Starliner" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) çıxdıqdan sonra uğurlu eniş edib və ekipajsız Yerə qayıdıb. Yayım ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında aparılıb.
Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, eniş ABŞ-nin şərq sahili vaxtı ilə saat 00:01-də (Bakı vaxtı ilə 08:01) baş tutub. Atmosferə girdikdən sonra cihaz üç paraşüt buraxaraq Nyu-Meksikodakı "White Sands" poliqonuna enib.
Kosmik gəminin BKS-dən Yerə səyahəti təxminən altı saat çəkib.
Qeyd edək ki, "Starliner" gəmisi "Boeing" şirkəti tərəfindən iyunun 5-də buraxılıb. Gəminin göyərtəsində astronavtlar Butm Uilmor və Sunita Uilyams olublar. Əvvəlcə onların iyunun 18-dək orbitdə qalacağı planlaşdırılırdı. Daha sonra gəminin mühərrikinin sıradan çıxması ilə bağlı nasazlığı səbəbindən geri qayıtma tarixləri əvvəlcə iyunun 26-na, sonra isə qeyri-müəyyən müddətə dəyişdirilib. Nəticədə NASA astronavtların 2025-ci ilin fevralında "SpaceX"in "Crew-9" missiyasının bir hissəsi olaraq Yerə qayıtmağına qərar verib.