Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icra kimə tapşırıldığı məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, bu vəzifənin icrası general-mayor Eldəniz Yəhyayevə həvalə olunub.
Eldəniz Yəhyayev general rütbəsini iki il öncə alıb. O, daha öncə Maddi-Texniki Təminat Baş İdarəsində Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.