EN

Rusiyada xərçəng peyvəndinin sınaqları uğurla başa çatıb

Rusiyada

Bakı, 7 sentyabr, AZƏRTAC

Rusiyalı alimlərdən ibarət qrup xərçəng peyvəndinin klinikadan əvvəlki sınaqlarını uğurla başa çatdırıb. Rusiya Səhiyyə Nazirliyindən icazə alındıqdan sonra klinik sınaqların birinci mərhələsinin başlanması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu məlumatı TASS agentliyinə müsahibəsində Rusiya Səhiyyə Nazirliyinin baş ştatdankənar onkoloqu, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin verib.

Akademik qeyd edib ki, sınaqların birinci mərhələsinə başlamaq üçün icazə almaq məqsədilə artıq Rusiya Səhiyyə Nazirliyinə müvafiq məktub göndərilib. İcazə alındıqdan sonra könüllülərin işə qəbulu barədə məlumat bu qurumun rəsmi internet saytında dərc olunacaq.

Kaprin onu da vurğulayıb ki, peyvəndin natamam kimyaterapiya keçirən xəstələrdə əks təsiri olacaq və belə pasiyentlərə müalicə kursu başa çatana qədər vaksinasiyadan imtina edilə bilər.

 

 

Chosen
44
3
azertag.az

4Sources