"Real"ın hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqemin zədəsinin sağalması ilkin proqnozlaşdırılandan daha sürətlə gedir.
QOL.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Bildirilib ki, ingiltərəli futbolçunun sentyabrın 21-də keçiriləcək La Liqanın 6-cı turunun “Espanyol”la oyununda iştirak edə bilməsi ehtimalı var. Bundan əvvəl mətbuatda Bellinqemin sentyabrın sonuna kimi meydana çıxa bilməyəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Yarımmüdafiəçi Madrid klubuna 2023-cü ilin yayında Dortmund "Borussiya"sından keçib. Bu müddətdə o, 43 matçda iştirak edib, 23 qol vurub, 14 qolun ötürməsini verib.
- Futbol
- Iştirak
- Hücum
- Futbolçu
- Real Madrid
- Mətbuat
- La Liga
- Proqnoz
- Meydan
- Zədə
- Yarımmüdafiəçi
- Real
- Sərxoş
- La Liqa
- Səhhət
- Meydanlar
- Proqnozlaşdırma
- Sağalma
- Sentyabr
- Yaranma
- Bərpa
- Sürət
- Ehtimal
- Cud Bellinqem
- Bellinqem
- Espanyol
- Hücumameyilli
- Tez
- Cud Bellinqemin
- Relevo
- Ingiltərəli Futbolçular
- Cud Bellinqe
- Tez Qayı
- Qayıda