EN

“İblis” Sankt-Peterburqda

Rusiyanın şimal paytaxtı Sankt-Peterburqun Aleksandrinski Teatrında Azərbaycan Akademik Milli Dram Teatrının yaradıcı heyətinin hazırladığı “İblis və...” tamaşasının ilk təqdimatı olub. 

Nümayişdən əvvəl hər iki teatrın rəh­bərliyinin iştirakı ilə keçirilən mətbuat konfransında Aleksandrinski Teatrının pre­zidenti Valeri Fokin, direktoru Aleksandr Maliç, bədii rəhbəri Nikita Kobelev, Mil­li Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə və direktoru İlham Əsgərov məşhur səhnə əsərini yüksək qiymətləndi­rib, gələcək əməkdaşlıqla bağlı fikir müba­diləsi aparıblar. 

Sonra tamaşa başlanıb. Sankt-Peter­buqlu tamaşaçılar səhnə əsərini alqışlayıb­lar. Aktyorların məharətli çıxışı tamaşanı daha baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb. 

Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı qastrol barədə məlumat verərək dedi:

– Səhnə əsərinin quruluşçu rejisso­ru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, rəssamı Əməkdar mədəniy­yət işçisi İlham Əsgərov, geyim üzrə rəssa­mı Vüsal Rəhim, işıqçısı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır. 

Hüseyn Cavidin “İblis” faciəsinin mo­tivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır. Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən İblis mövzusu Hüseyn Cavid yaradıcılı­ğında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid İnsan, İblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun bu baxışı ya­radıcılığının böyük, daхili qüvvəsi və ma­hiyyətidir. 4 pərdəli faciədə ruhunu Şey­tana satan insanların aqibəti təsvir olunur. Tamaşa oktyabrın 4, 5 və 6-da Milli Dram Teatrının səhnəsində də göstəriləcək. 

Qeyd edək ki, səhnə əsərində Xalq ar­tisti Kazım Abdullayev, Əməkdar artistlər Ayşad Məmmədov, Anar Heybətov, Elnar Qarayev, Vəfa Rzayeva, Elşən Cəbrayılov, aktyorlar Ziya Ağa, Elsevər Rəhimov, akt­yor Elçin Əfəndi və digərləri iştirak edirlər.

Ceyhun BALABƏY
XQ

Chosen
102
50
xalqqazeti.az

10Sources