EN

“CNN” təslim olan ukraynalı əsgərlərin güllələnməsinin videosunu dərc edib

Avqust ayında Donetsk vilayətinin Pokrovsk bölgəsində drondan bir video çəkilib.

Videoyazmada üç ukraynalı əsgər yolun ortasında diz çökərək əllərini başlarının üstünə qoyur, bundan sonra onlara atəş açılır. İkinci video may ayında Zaporojye vilayətinin Rabotino kəndi yaxınlığında lentə alınıb, orada bir neçə ukraynalı əsgər əllərini yuxarı qaldıraraq blindajdan çıxaraq üzüstə yerə uzanır, bundan sonra onlara atəş açılır. Videonu telekanala Ukrayna hərbçiləri ötürüb.

Ukrayna Baş Kəşfiyyat İdarəsindəki mənbələr jurnalistlərə ötən ilin noyabrından bəri təslim olmuş əsgərlərin öldürülməsi ilə bağlı 15 hadisə barədə məlumat veriblər. Onların əksəriyyəti PUA-dan hazırlanmış video və ya audio yazılarla təsdiqlənir. Ukraynanın baş prokuroru Andrey Kostin jurnalistlərə bildirib ki, onun idarəsi müharibənin əvvəlindən bəri 62 hərbçinin həlak olduğu 28 oxşar işi araşdırır.

Ukrayna Baş Prokurorluğu bu halları hərbi cinayət kimi qiymətləndirir. May ayında BMT-nin məhkəmədənkənar qətllər üzrə xüsusi məruzəçisi Morris Tidbol-Binz Ukraynaya səfər edərək müharibədə məhkəməsiz qətllər barədə xəbərləri araşdırıb. BMT-nin təhqiqatından xəbəri olan “CNN” mənbəsi bəzi işlərin təşkilatın təhqiqat mövzusu olduğunu bildirib. "Bu qətllər ayrı-ayrılıqda müharibə cinayətləridir, lakin birlikdə onları insanlığa qarşı cinayətlərə bərabərləşdirmək olar", - kanalın həmsöhbəti bildirib.

Silahlarını yerə qoyan hərbçilərin öldürülməsi hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasını pozur.

Almaz Həsənli

Chosen
158
oxumeni.az

1Sources