EN

İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir? - AÇIQLAMA

Bir neçə gün öncə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədova qarşı bir sıra iddialar irəli sürülüb. İddialara görə, İntiqam Məmmədov 20 yanvar metrostansiyası keçidindəki qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyib və sahibkarların fəaliyyətinə bir sıra müdaxilələr edib. Hətta məsələ ilə bağlı sahibkarlar tərəfindən ölkə Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova da müraciət ünvanlanıb.
  Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov səsləndirilən iddiaları təkzib edib.  O bildirib ki, COP29-la bağlı şəhərin bütün istiqamətlərində  təmizlik işləri aparılır:

“Metronun giriş və çıxışında hansısa işlər aparılırsa, onun bizə heç bir aidiyyatı yoxdur. Mənim ora ilə nə işim var ki? Kim nə iddia yayıbsa, araşdırılsın, amma bizim ora heç bir aidiyyatımız yoxdur. Ələ keçirmək istəyimlə bağlı suallarınıza gəldikdə isə cavab vermək istəmirəm. O ərazinin bizə heç bir aidiyyatı yoxdur. Orada Bakı Metropoliteni və digər müvafiq qurumlar iş aparmalıdır”.

Xatırldaq ki, İntiqam Məmmədov son zamanlar Bayılda tikilən qanunsuz şadlıq sarayının sahibi kimi qalmaqallı məsələlərlə yadda qalıb.

 

Chosen
105
14
manset.az

10Sources