EN

Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın yeni Baş naziri Mişel Barnyeni İrəvana dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Paşinyan yeni Baş nazirə ünvanladığı təbrik məktubunda Ermənistan-Fransa çoxprofilli gündəliyinin birgə səyləri ilə genişləndirilməsinə və yeni proqramların həyata keçirilməsinə sadiqliyini vurğulayıb.


Müəllif: Teleqraf.com
Chosen
65
9
teleqraf.com

10Sources