EN

Azərbaycan cüdoçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycan cüdoçusu Aslan Kotsoyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda italiyalı Henri Ovusu ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn A.Kotsoyev həlledici qarşılaşmaya vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada serbiyalı Milyan Radulu sınağa çəkəcək.

Kənan Nəsibov (+100 kiloqram) isə bürünc medal görüşündə çexiyalı Tomaş Raşka ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.

Chosen
105
10
ikisahil.az

6Sources